Ümid Partiyasının sədri İqbal Ağazadənin evinə basqın edilməsi ilə bağlı araşdırmaya başlanılıb.
Bu barədə Lent.az -a Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib. O qeyd edib ki, araşdırmaların nəticəsi ilə bağlı əlavə məlumatlar veriləcək.