Ucnoqta.az
www.ucnoqta.az

Rusiyadan 578 nəfər deport edildi- içərilərində Azərbaycanlılar da var

12:07 - 27 Noyabr 2019 tarixində dərc olunub.

Rusiyanın Primorski əyalətindən bu il 578 qanunsuz miqrant deportasiya olunub.

Bu barədə əyalət məhkəməsinin mətbuat xidməti məlumat yayıb. Ölkədən çıxarılan miqratların içərisində Azərbaycan vətəndaşları da var. Digər miqrantlar Özbəkistan, Tacikistan, Ukrayna, Seneqal Respublikası, Şimali Koreya, Vyetnam və Çin vətəndaşları olub.

Sərhəd nəzarətindən keçəndən sonra qanunu pozan şəxslər Rusiyanı tərk ediblər./oxu.az

Müəllif: