Ucnoqta.az
www.ucnoqta.az

Türkiyədə maşın dayanacaqdakı azərbaycanlı tələbəni vurdu - <font color=red><b>Foto</b></font>

10:21 - 27 Noyabr 2019 tarixində dərc olunub.

Türkiyənin Biləcik şəhərində yüngül ticari avto vasitə ilə toqquşan avtomobilin sürücüsü idarəetməni itirərək avtobus gözləyən 10 tələbəni vurub.

“Qafqazinfo”nun “sondakika.com”a istinadən verdiyi xəbərə görə,  qəza axşam saatlarında Sakarya-Biləcik quru yolu Biləcik Şeyx Edebali Universitetinin qarşısındakı meydanda baş verib. Hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Onlar dayanacaqda gözləyən azərbaycanlı tələbə Ülvi Məmmədov, avtomobildə olan Günəş Ç. (56 yaş), Nurhan Ç. (53 yaş) və Ayşənur T.-dir (22 yaş).

Yaralı şəxslərə hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra onlar Biləcik Dövlət Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır. 

Müəllif: