Ucnoqta.az
www.ucnoqta.az

Gürcüstanda iki polis əməkdaşı bir-birini güllələyərək öldürüb

23:57 - 26 Noyabr 2019 tarixində dərc olunub.

Gürcüstanın Tsaqeri rayonunun Lacana kəndində atışma baş verib.

Aralarında mübahisə düşən iki polis əməkdaşı bir-birinə atəş açıb. Nəticədə hər ikisi aldığı güllə yaralarından ölüblər. Polis əməkdaşlarını ayırmağa cəhd edən digər bir nəfər isə xəsarət alıb. O, xəstəxənaya aparılıb.

Şahidlərin sözlərinə görə, silahlı insidentdən öncə mübahisə baş verib.
Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır. /report

Müəllif: