Məntəqələrdə quraşdırılan "body scan" aparatları hesabına qaçaqmalçılıq hallarının qarşısı alınır.
Ucnoqta.az-ın xəbərinə görə, bunu mətbuat konfransında Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev deyib.
Onun sözlərinə görə, məntəqələrdə quraşdırılan "body scan" aparatları hesabına qaçaqmalçılıq hallarının qarşısı alınır.
"Bu avadanlıqların tətbiqi ilə həmçinin son 2 ildə 2 tona yaxın narkotik vasitə dövriyyədən çıxarılıb", - deyə S.Mehdiyev əlavə edib.