Ucnoqta.az
www.ucnoqta.az

Gəncədə üç uşaq anası dəm qazından zəhərlənərək ölüb

22:20 - 25 Noyabr 2019 tarixində dərc olunub.

Gəncə şəhərində bədbəxt hadisə nəticəsində üç uşaq anası dünyasını dəyişib. 

Hadisə şəhərin İsaq Cəfərov küçəsində qeydə alınıb. 1989-cu il təvəllüdlü İsayeva Şəfiqə Niyazi qızı dəm qazından boğularaq vəfat edib. 

Qadın bir neçə saat sonra olacaq yaxınlarından birinin toy məclisinə hazırlaşırmış. 
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb. /oxu.az

Müəllif: