Ucnoqta.az
www.ucnoqta.az

Nazirlər Kabinetinin Aparat rəhbəri vəzifəsinə təyinat olub

19:43 - 25 Noyabr 2019 tarixində dərc olunub.

Nazirlər Kabinetinin Aparat rəhbəri vəzifəsinə təyinat olub.

Bu barədə "Report"a Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib.
Onun sözlərinə görə, Baş Nazir Əli Əsədovun sərəncamı ilə Rüfət Tofiq oğlu Məmmədov Nazirlər Kabineti Aparatının rəhbəri təyin edilib.

Qeyd edək ki, R.Məmmədov bu təyinatadək İqtisadiyyat nazirinin müavini vəzifəsində çalışırdı.

 

Müəllif: