Ucnoqta.az
www.ucnoqta.az

Masallıda baba ehtiyatsızlıqdan nəvəsini maşınla əzib öldürdü

12:30 - 25 Noyabr 2019 tarixində dərc olunub.

Masallı rayonunda bədbəxt hadisə baş verib.

Hadisə Təzəkənd kəndində qeydə alınıb. Noyabrın 24-də kənd sakini, 1963-cü il təvəllüdlü Mirkərim Əmənov həyətində özünə məxsus olan “Mercedes” markalı maşını arxa istiqamətə hərəkət etdirən zaman nəvəsi, 2015-ci il təvəllüdlü Murad Əmənovu ehtiyatsızlıqdan vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır./oxu.az

Müəllif: