Ucnoqta.az
www.ucnoqta.az

Bakıda şadlıq evindən oğurluq olub- <font color=red><b>Foto</b></font>

15:48 - 22 Noyabr 2019 tarixində dərc olunub.

Binəqədidə yerləşən şadlıq saraylarından birinin mühafizəçi otağından oğurluq edilib.

DİN Mətbuat xidmətindən verilən məlumata görə, Binəqədi rayonunda yerləşən şadlıq saraylarından birinin mühafizəçi otağından oğurluq edilib. Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə müraciət edən obyektin mühafizəçisi orada olan seyfdən 5000 ABŞ dolları və 2020 manatın naməlum şəraitdə oğurlandığı bildirib. Binəqədi RPİ-nin 7-ci Polis Bölməsi və Hacıqabul RPŞ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Saatlı rayon sakini Eldəniz Şükürov Hacıqabul rayonu ərazisində saxlanılıb və o, ifadəsində etdiyi cinayəti etiraf edib.

Faktla bağlı 7-ci Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar vasra ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.

Müəllif: