Ucnoqta.az
www.ucnoqta.az

Bakıda “Mercedes” yol kənarındakı dirəyə çırpıldı

13:44 - 22 Noyabr 2019 tarixində dərc olunub.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonu ərazisində “Mercedes” markalı minik avtomobili yol kənarındakı dirəyə çırpılıb.

FHN-dən verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Müəllif: