Ucnoqta.az
www.ucnoqta.az

Səhiyyə Nazirliyi:<font color=red><b> Zəhərlənən tələbələrin vəziyyəti ağır olaraq qalır</b></font>

09:38 - 22 Noyabr 2019 tarixində dərc olunub.

Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında zəhərlənən tələbələrin son durumu açıqlanıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızı və İbadova Həmidə Bünyamiddin qızının vəziyyəti ağır stabil kimi qiymətləndirilir.
Onların müalicəsi 1 saylı Kliniki Tibbi Mərkəzdə davam etdirilir.

Xatırladaq ki, hadisə zamanı bir nəfərin ölməsi, iki nəfərin isə zəhərlənməsi ilə bağlı Bakı Şəhər Prokurorluğunda cinayət işi başlanılıb, istintaq aparılır./report

 

Müəllif: