Ucnoqta.az
www.ucnoqta.az

Biləsuvarda qəza olub, xəsarət alan var

19:45 - 21 Noyabr 2019 tarixində dərc olunub.

Biləsuvar rayonunda yol qəzası baş verib. 

Hadisə Biləsuvar şəhərinin mərkəzində qeydə alınıb. Belə ki, "VAZ-2107" markalı minik avtomobili yolun kənarında park edilmiş traktorun qoşqusuna çırpılıb.

Nəticədə minik avtomobilinin sürücüsü xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır./report

Müəllif: