Ucnoqta.az
www.ucnoqta.az

İlham Əliyev Təhsil Nazirliyinə iki milyon manat ayırıb- <font color=red><b>Sərəncam</b></font>

16:32 - 21 Noyabr 2019 tarixində dərc olunub.

Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

Sərəncama əsasən, Sumqayıt şəhərində 1 nömrəli şəhər tam orta məktəbi üçün 1800 şagird yerlik yeni binanın tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılıb.

 

Müəllif: