Ucnoqta.az
www.ucnoqta.az

Mehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət edib- <font color=red><b>FOTO</b></font>

15:54 - 21 Noyabr 2019 tarixində dərc olunub.

Rusiya Federasiyasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 21-də Moskva şəhərindəki Aleksandr bağında naməlum əsgərin məzarını ziyarət edib.

Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya paytaxtında Kremlin divarı yanındakı Aleksandr bağına gedib.
Moskva şəhərinin hərbi komendantı Yevgeni Seleznyov Azərbaycanın Birinci vitse-prezidentinə raport verib.
Birinci vitse-prezident Mehriban Əliyeva Naməlum Əsgərin məzarını ziyarət edərək əbədi məşəl önünə əklil qoyub.

Azərbaycanın dövlət himni səsləndirilib.
Sonra fəxri qarovul dəstəsinin keçidi olub.

Müəllif: