Ucnoqta.az
www.ucnoqta.az

Samuxda qaz sızması partlayışa səbəb oldu

22:43 - 20 Noyabr 2019 tarixində dərc olunub.

Samuxda qaz sızması nəticəsində partlayış baş verib.

"Qafqazinfo" xəbər verir ki, hadisə nəticəsində rayon sakini, 1937-ci il təvəllüdlü Səttar Xəlilov yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə S.Xəlilova məxsus həyətdə yerləşən yardımçı otaqda baş verib. 82 yaşlı yaralının vəziyyəti orta-ağır qiymətləndirilir.

Müəllif: