Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Mehriban Əliyeva Dmitri Medvedev ilə görüşəcək</b></font>

14:45 - 20 Noyabr 2019 tarixində dərc olunub.

Rusiyanın Baş naziri Dmitri Medvedev noyabrın 21-də Moskvada Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyava ilə görüşəcək. 

Bununla bağlı Rusiya Nazirlər Kabinetinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, görüşdə ticarət, iqtisadiyyat, elmi-texniki və mədəni-humanitar sferalarda əməkdaşlıqlar müzakirə ediləcək.

Qeyd edək ki, noyabrın 22-23-də Moskvada 10-cu Rusiya-Azərbaycan Regionlararası Forumu keçiriləcək.
Noyabrın 23-də VDNX-nin Kosmonavtika və Aviasiya Mərkəzində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko forumun plenar iclasını keçirəcəklər./oxu.az

Müəllif: