Ucnoqta.az
www.ucnoqta.az

Gəncədə 37 yaşlı qadın itkin düşdü

09:40 - 20 Noyabr 2019 tarixində dərc olunub.

Gəncə şəhərində qadın itkin düşüb.

Hadisə şəhərin üçüncü mikrorayonunda qeydə alınıb.

1982-ci il təvəllüdlü İsmayılova Aynur Arzu qızı noyabrın 13-də, səhər saat 09:00 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb.
Bununla bağlı polisə onun qardaşı müraciət edib.

Faktla bağlı araşdırma aparılır./oxu.az

Müəllif: