Ucnoqta.az
www.ucnoqta.az

Bakıda xanım sürücü ağır qəza törətdi

09:22 - 17 Noyabr 2019 tarixində dərc olunub.
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.  Oxu.Az xəbər verir ki, hadisə Zirə-Dübəndi yolunda qeydə alınıb.  Hadisə zamanı 90-CL-695 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobil yol kənarındakı ağaclara çırpılıb.  Qəza zamanı avtomobilə və 10-a yaxın ağaca ziyan dəyib.  Şahidlərin sözlərinə görə, qəzaya avtomobilin xanım sürücüsünün idarəetməni itirməsi səbəb olub. 
Müəllif: