Ucnoqta.az
www.ucnoqta.az

Yasamalın yeni icra başçısı kimdir?

13:44 - 12 Noyabr 2019 tarixində dərc olunub.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Yasamal rayonuna yeni icra başçısı təyin edib. 

Yeni təyinat alan Həsənov Elşad Eldar oğlu bu vəzifəyə qədər Milli Məclisin V çağırış deputatı kimi çalışıb. 1976-cı il təvəllüdlü icra başçısı Gənclər-idman, Elm və təhsil komitəsinin üzvü olub.

Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirdikdən sonra BDU-nun cinayət prosesi kafedrasında aspiranturaya qəbul olub. Aspirantura pilləsindən sonra isə namizədlik dissertasiyasını müdafiə edərək, hüquq elmləri namizədi adı alıb.

Ailəlidir, 2 övladı var. İngilis, rus dillərini bilir. Partiya mənsubiyyəti yoxdur./qafqazinfo

 

Müəllif: