Ucnoqta.az
www.ucnoqta.az

Sumqayıtda iki “Mercedes” toqquşub, sürücülər xəsarət alıb - <font color=red><b>FOTO</b></font>

23:49 - 11 Noyabr 2019 tarixində dərc olunub.

Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Qəza şəhərin Sərvər Bədəlbəyli  və Koroğlu küçələrinin kəsişməsində qeydə alınıb. Hərəkətdə olan “Mercedes” markalı avtomobil əks yola çıxıb, ağacı qıraraq digər “Mercedes” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində hər iki avtomobilini sürücüsü xəsarət alıb. Əraziyə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. Yaralılar Təcili Tibbi Yardım briqadasının köməyi ilə xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır./Apa

Müəllif: