Ucnoqta.az
www.ucnoqta.az

“Keşlə” - “Neftçi” oyununda <font color=red><b>DAVA:</b></font> Məşqçilər bir-birinə hücum çəkdi- <font color=red><b>Video</b></font>

20:29 - 9 Noyabr 2019 tarixində dərc olunub.

Topaz Premyer Liqasının 11-ci turunda keçirilən “Keşlə” - “Neftçi” oyununda ara qarışıb.

Matçın 86-cı dəqiqəsində qonaqların kapitanı Emin Mahmudov rəqib oyunçu Con Kamaraya qarşı kobud oynayıb. “Keşlə”nin futbolçusu Vüsal İsgəndərli rəqib oyunçulara kobudluğa görə hücum çəkib. Daha sonra məşqçilər arasında qalmaqal yaşanıb. Tərlan Əhmədovla “Neftçi”nin köməkçisi məşqçisi Fizuli Məmmədov bir-birinin üzərinə gedib.

Futbolçular araya girərək məşçiləri sakitləşdirib.

Müəllif: