Ucnoqta.az
www.ucnoqta.az

Türkiyədə SES-də partlayış oldu - <font color=red><b>Yaralılar var</b></font>

23:38 - 8 Noyabr 2019 tarixində dərc olunub.

Türkiyənin Ordu şəhərinin Akkuş mahalında Umut-1 Su Elektrik Stansiyasında (SES) partlayış olub.

“Qafqazinfo” Türkiyə mediasına isitnadən xəbər verir ki, stansiyanın istehsalat müəssisəsindəki partlayışda 4 nəfər yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilib. Akkuş bələdiyyə sədri İsa Dəmirçinin sözlərinə görə, hadisəyə qaz sızması səbəb olub. Hadisə yerində araşdırma aparılır.

Müəllif: