Ucnoqta.az
www.ucnoqta.az

Bakı polisi itkin düşmüş kişini tapıb

09:58 - 7 Noyabr 2019 tarixində dərc olunub.

Bakıda itkin düşmüş kişi tapılıb.

İtkin düşmə hadisəsi oktyabrın 31-də paytaxtın Binəqədi rayon ərazisində baş verib.
Belə ki, Salman Nəsibov yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Daha onun yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.
Binəqədi Rayon Polis İdarəsinin 6-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində noyabrın 6-da S.Nəsibov tapılaraq ailə üzvlərinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. /report

Müəllif: