Ucnoqta.az
www.ucnoqta.az

<b>Dəm qazı “terroru”: <font color=red>5 ölü, 2 yaralı</font></b>

13:37 - 6 Noyabr 2019 tarixində dərc olunub.

Rusiyada, Altay vilayətinin Biyske şəhərində 5 nəfər dəm qazından dünyasını dəyişib. Ucnoqta.az xəbər verir ki, insident bu gün yerli saatla 12.07 radələrində Lev Tolstoy küçəsində yerləşən şəxsi evdə baş verib.

Bildirilir ki, ölənlərdən ikisi 2003 - 2009-cu ildə doğulmuş yeniyetmədir. Daha iki nəfər isə xəstəxanaya yerləşdirilib. Dünyasını dəyişmiş şəxslərin eyni ailədən olduqları ehtimal edilir.

Müvafiq qurumlar tərəfindən araşdırmalara başlanılıb.

 

Namiq Musayev

Müəllif: