Ucnoqta.az
www.ucnoqta.az

Mingəçevirdə sərnişin avtobusu minik maşını ilə toqquşub- <font color=red><b>yaralılar var</b></font>

23:00 - 5 Noyabr 2019 tarixində dərc olunub.

Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə axşam saatlarında Təbriz küçəsində baş verib. “Opel” markalı minik maşını sərnişinsiz dayanıqlı vəziyyətdə olan 8 saylı şəhərarası marşrut xətti üzrə işləyən sərnişin avtobusuna çırpılıb.

İlkin məlumata görə, hadisə nəticəsində biri azyaşlı olmaqla 3 nəfər xəsarət alıb. Yaralılar ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb.  Müayinə zamanı bir nəfərin - 1964-cü il təvəllüdlü, minik maşınının sürücüsü Məmmədov Vəli Əziz oğlunun xəsarətinin ciddi olduğu məlum olub.

Faktla bağlı araşdırma aparılır./Apa

Müəllif: