Ucnoqta.az
www.ucnoqta.az

Dekabr ayının qeyri-iş günləri açıqlanıb

12:00 - 5 Noyabr 2019 tarixində dərc olunub.

Dekabrın 23-ü Azərbaycanda qeyri-iş günüdür.

Həmin gün ölkədə bələdiyyə seçkiləri keçirildiyindən, Seçki Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, dekabrın 23-ü Azərbaycan ərazisində iş günü hesab olunmur.

Bundan başqa, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü də qeyri-iş günüdür./report

Müəllif: