Ucnoqta.az
www.ucnoqta.az

Kürdəmirdə avtomobil inəyi vurub, sürücü xəsarət alıb -<font color=red><b> Foto</b></font>

19:56 - 4 Noyabr 2019 tarixində dərc olunub.

Kürdəmir rayonunda iribuynuzlu heyvan avtomobil tərəfindən vurulub.

Hadisə Agsu-Kürdəmir-İmişli yolunun rayonun Mollakənd kəndindən keçən hissəsində qeydə alınıb.

Kürdəmir rayonunun Muradxan kənd sakini, 1953-cü il təvəllüdlü Cüməli Məhəmmədəli oğlu Quliyev "Niva" markalı avtomaşınla rayon istiqamətində hərəkətdə olarkən qarşısına çıxan inəyə çırpılıb. Nəticədə Cüməli Quliyev müxtəlif dərəcəli bədən xəsarəti alıb. O, Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Fakt araşdırılır./report

Müəllif: