Ucnoqta.az
www.ucnoqta.az

Alimlər dünyada canlı orqanizmlərin olmadığı yeri aşkar ediblər

11:44 - 3 Noyabr 2019 tarixində dərc olunub.

Fransalı alimlər dünyada canlı orqanizmlərin olmadığı yeri aşkar ediblər.

Bununla bağlı araşdırma “Nature Ecology & Evolution” jurnalında nəşr olunub.
Alimlər Efiopiyanın Dallol vadisində heç bir bakteriyanın olmadığını müəyyən ediblər.
Tədqiqatçılar bu vadidəki suyun tərkibinin isti, turşu (pH ~ 0), həmçinin çox miqdarda maqneziumdan ibarət olan şoran məhluldan ibarət olduğunu öyrəniblər.

Alimlərin qeyd edir ki, suyun belə bir tərkibi canlı hüceyrələrin məhv olmasına səbəb olur./report

 

Müəllif: