Ucnoqta.az
www.ucnoqta.az

Ərdoğan:<font color=red><b> Azərbaycanla birgə enerji layihələri regionda sabitliyə yönəlib</b></font>

17:39 - 31 Oktyabr 2019 tarixində dərc olunub.

Azərbaycanla birgə enerji layihələri regionda sabitliyə yönəlib.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Gürcüstanın Baş naziri Georgi Qaxariya ilə birgə mətbuat konfransında deyib.
R.T.Ərdoğan bildirib ki, Trans-Anadolu qaz kəməri (TANAP), Bakı-Tbilisi-Ceyhan neft kəməri kimi layihələr regionda ən vacib enerji layihələrindəndir.
O, əlavə edib ki, vacib layihələrdən biri həm də Bakı-Tbilisi-Qars dəmir yolu layihəsidir./trend

 

Müəllif: