Ucnoqta.az
www.ucnoqta.az

Beyləqanda yol qəzası zamanı avtomobillərdən biri su kanlına düşüb -<font color=red><b> FOTO - VİDEO</b></font>

17:31 - 31 Oktyabr 2019 tarixində dərc olunub.

Beyləqan rayonunda yol-nəqliyyat hadisəsi zamanı avtomobillərdən biri idarəetmədən çıxaraq su kanalına düşüb.

Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

İki "Mercedes" markalı avtomobil toqquşub. Qəza zamanı idarə etməni itirən avtomobillərdən biri su kanalına düşüb. Hadisə zamanı avtomobilin sürücüsü Mehdi Məmmədov ağır xəsarət alıb. Yaralı ətrafda olan insanların köməkliyi ilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır./report

 

Müəllif: