Ucnoqta.az
www.ucnoqta.az

Bakıda əyləci işləməyən “SHAGMAN” qəzaya səbəb oldu - <font color=red><b>FOTO</b></font>

22:05 - 30 Oktyabr 2019 tarixində dərc olunub.

Bakının Biləcəri qəsəbəsində “SHAGMAN” markalı yük avtomobilinin əyləc sisteminin işləməməsi səbəbindən işıqforun qırmızı işığında keçib. 

Nəticədə yük maşını 3 minik avtomobilinə çırpılaraq aşıb.Qəza zamanı avtomobillər deformasiyaya uğrayıb, işıqfor zədələnib.Əraziyə Binəqədi Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları  cəlb edilib.

Faktla bağlı araşdırma aparılır. /Apa

Müəllif: