Ucnoqta.az
www.ucnoqta.az

Çobanlar İŞİD-in 25 milyon dollarlıq xəzinəsini tapıblar

08:48 - 30 Oktyabr 2019 tarixində dərc olunub.

İraq çobanları ölkənin qərbindəki səhrada İŞİD terror qruplaşmasının başçıları tərəfindən gizlədilmiş milyonlarla dollar məbləğində xəzinəsini tapıblar.

"Report" xəbər verir ki, bu barədə "Al-Arabiya" telekanalı bildirib. Məlumata görə, terror qruplaşmasının silahlıları Anbar əyalətindəki səhrada dollarları, qızılları və gümüşləri gizlədiblər. Bunların ümumi məbləği 25 milyon dollardır.

"Yerli çobanlar İŞİD-in xəzinəsini tapıblar", - deyə telekanal xəbəri şərh edib. 

Müəllif: