Ucnoqta.az
www.ucnoqta.az

Qəbələdə yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına 2 milyon manat ayrılıb- <font color=red><b>Sərəncam</b></font>

15:26 - 28 Oktyabr 2019 tarixində dərc olunub.

Prezident İlham Əliyev "Qəbələ rayonunun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.

Sərəncamla iyirmi min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini rayon mərkəzindən və digər yaşayış məntəqələrindən ayıran, Bum-Tikanlı-Abrıx avtomobil yolunun 2-ci kilometrliyində Bum çayı üzərində yeni körpünün tikintisi və Bum qəsəbəsinə gedən 2 kilometrlik avtomobil yolunun bərpası üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 2 milyon manat ayrılıb.

Müəllif: