Ucnoqta.az
www.ucnoqta.az

<b><font color=red>İki mikroavtobus toqquşdu: </font>7 ölü, 9 yaralı<font color=red> – FOTO + VİDEO</font></b>

09:07 - 26 Oktyabr 2019 tarixində dərc olunub.

Rusiyanın Altay əyalətində iki mikroavtobusun iştirakı ilə ağır yol qəzası baş verib. Ucnoqta.az xəbər verir ki, insident bu gün yerli saatla 7.50 radələrində A-322 federal avtomagistralının 74-cü kilometrliyində Topçixinskiy və Kalmanskiy rayonlarının sərhədində qeydə alınıb.

Məlumata görə, 1992-ci il təvəllüdlü sürücü idarəetməsində olan “Nissan Presage” markalı  mikroavtobusla əks zolağa çıxıb və qarşıdan gələn “Fiat Ducato” markalı mikroavtobusla toqquşub. Nəticədə 7 nəfər dünyasını dəyişib, daha 9 nəfər isə xəsarət alıb. Yaralılar təcili tibbi yardım maşınları ilə ətrafda yerləşən xəstəxanalara çatdırılıblar.

Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

 

Müəllif: