Ucnoqta.az
www.ucnoqta.az

Bakıda 2 maşın toqquşdu - <font color=red><b>yaralanan var</b></font>

22:44 - 24 Oktyabr 2019 tarixində dərc olunub.

Suraxanı rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.

Hadisə Günəşli qəsəbəsində yerləşən “İn petrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında qeydə alınıb.
İki nəqliyyat vasitəsinin toqquşması zamanı 32 yaşlı Rüstəmova Nəzrin Nahid qızı xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Ona sol körpücük sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır./oxu.az

Müəllif: