Ucnoqta.az
www.ucnoqta.az

Hacıqabulda avtomobil aşıb, ölən və xəsarət alanlar var

13:12 - 24 Oktyabr 2019 tarixində dərc olunub.

Hacıqabulda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın verdiyi xəbərə görə, hadisə Bakı-Qazax yolunun Hacıqabul rayonu, Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “KİA” markalı avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: