Ucnoqta.az
www.ucnoqta.az

Köhnə avtomobil bazarının yaxınlığında<font color=red><b> QƏZA </b></font>

09:37 - 23 Oktyabr 2019 tarixində dərc olunub.

Bakıda köhnə avtomobil bazarının yaxınlığında 2 minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

Bu barədə Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, 32 yaşlı şəxs qapalı kəllə-beyin travması ilə 3 saylı Kliniki Şəhər Xəstəxanasına yerləşdirilib. Digər yaralılara - 46 və 49 yaşlı 2 nəfərə isə hadisə yerində tibbi yardım göstərilib./trend

Müəllif: