Ucnoqta.az
www.ucnoqta.az

Bakıda qayın yeznəsini sinəsindən bıçaqlayıb

09:35 - 20 Oktyabr 2019 tarixində dərc olunub.
Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində bıçaqlanma olub. APA-nın məlumatına görə, Axundov küçəsində Bakı sakini 1988-ci il təvəllüdlü Mirzəyev Ramin Yusif oğlu bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Onun döş nahiyəsindən bıçaqlandığı məlum olub. Məlum olub ki, hadisəni törədən zərərçəkmişin qaynı - 1992-ci il təvəllüdlü Quliyev Faiq Şahin oğludur. F.Quliyev Sabunçu RPİ-nin 15-ci Polis Bölməsi tərəfindən saxlanılıb.
Müəllif: