Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda notariusların sayı artırılacaq

12:41 - 11 Oktyabr 2019 tarixində dərc olunub.

"Gələcəkdə notariusların sayının artırılması planlaşdırılır".

Bunu jurnalistlərə açıqlamasında Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsinin rəis müavini Mehman Soltanov deyib.
O deyib ki, ölkə ərazisində yeni “ASAN Xidmət”lərin açılması ilə əlaqədar əlavə notariusların açılmasına da ehtiyac yaranacaq: “Qanunvericiliyə əsasən, həmin “ASAN Xidmət”lərdə notariuslar da fəaliyyət göstərir. Hazırda ölkədə 156 notarius var”./Apa

Müəllif: