Ucnoqta.az
www.ucnoqta.az

Bakı-Quba yolunda evakuator "Mercedes"ə çırpıldı, <font color=red><b>ölən var</b></font>

17:55 - 7 Oktyabr 2019 tarixində dərc olunub.

Bakı-Quba yolunda ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə yolun 20-ci kilometrliyində, Abşeron rayonu ərazisindən keçən hissəsində baş verib. 1990-cı il təvəllüdlü Həsənov Əlabbas Namiq oğlu idarə etdiyi 99 JL 085 dövlət nömrə nişanlı evakuatorla Bakı istiqamətində hərəkətdə olarkən 1981-ci il təvəllüdlü Məstəliyev Ruhid Vahid oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində "Mercedes"də olan sərnişin, 1999-cu il təvəllüdlü Bəşirov Hünər Camal oğlu xəsarətlə xəstəxanaya yerləşdirilsə də, orada ölüb.
Faktla bağlı araşdırma aparılır./trend

Müəllif: