Ucnoqta.az
www.ucnoqta.az

Özbəkistan Prezidenti Azərbaycana səfər edəcək

18:37 - 7 Oktyabr 2019 tarixində dərc olunub.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev oktyabr ayında Azərbaycana səfər edəcək.

Bunu Özbəkistan parlalamentinin yuxarı palatasının sədr müavini Sadık Safayev deyib. Prezident Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammitində iştirak edəcək. Bu, Ş.Mirziyoyevin prezident qismində Azərbaycana ilk səfəri olacaq.

Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti oktyabrın 14-15-də keçiriləcək. Sammit çərçivəsində, həmçinin biznes-forum təşkil olunacaq./trend

Müəllif: