Ucnoqta.az
www.ucnoqta.az

Gəncədə 26 yaşlı qadın itkin düşüb

09:17 - 7 Oktyabr 2019 tarixində dərc olunub.

Gəncədə 26 yaşlı qadın itkin düşüb.

Hadisə oktyabrın 4-də şəhərin Z.Bünyadov küçəsində baş verib. Belə ki, 1993-cü il təvəllüdlü Aysel Ələkbərova yaşadığı mənzildən azyaşlı uşağını bağçadan götürmək adı ilə çıxıb, naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.

Faktla bağlı Gəncə şəhər Kəpəz Polis Şöbəsi tərəfindən araşdırma aparılır. /report

Müəllif: