Ucnoqta.az
www.ucnoqta.az

İranda zəncirvari qəza; <font color=red><b>ölən və yaralanan var</b></font>

10:18 - 6 Oktyabr 2019 tarixində dərc olunub.

İranın Qəzvin-Zəncan magistral yolunda zəncirvari qəza baş verib.

Bunu İranın Qəzvin vilayətinin təcili yardım və fövqəladə hallar üzrə mərkəzinin direktoru Peyman Namdar deyib.
P.Namdarın sözlərinə görə, 2 ədəd “Samand” markalı avtomobil və bir ədəd avtobus yol kənarında dayanmış yük maşını ilə toqquşublar.
Namdar əlavə edib ki, hadisə nəticəsində 1 ədəd “Samand” markalı avtomobilin 3 sərnişini həlak olub.
Mərkəz direktoru qəza nəticəsində 38 nəfərin yaralandığını deyib.
Yaralılar xəstəxanaya çatdırılıblar.
Polis yük maşınının hadisəyə səbəb olduğunu bildirib./trend

Müəllif: