Ucnoqta.az
www.ucnoqta.az

Göygöl rayon yol polisinin rəisi vəzifəsindən azad olunub

18:16 - 5 Oktyabr 2019 tarixində dərc olunub.

Göygöl rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin rəisi vəzifəsindən azad edilib.


"Report"un Qərb Mərkəzinin məlumatına görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmrinə əsasən, polis mayoru Mais Məmmədov tutduğu vəzifədən azad edilib.

Hələlik bu vəzifəyə təyinat yoxdur.

Qeyd edək ki, M.Məmmədov 2 ilə yaxın bu vəzifədə çalışıb.

 

Müəllif: