Ucnoqta.az
www.ucnoqta.az

"Qarabağ" komandası Bakıya çatıb

18:59 - 4 Oktyabr 2019 tarixində dərc olunub.

UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda Lüksemburqda "Düdelanj"ı məğlub edən "Qarabağ" komandası Bakıya çatıb. 

Ağdam təmsilçisini bir qrup azarkeş və jurnalistlər qarşılayıb.
Qeyd edək ki, Lüksemburqdakı görüş "Qarabağ"ın 4:1 hesablı qələbəsi ilə bitib. Ölkə çempionu növbəti matçını Bakıda Kipr APOEL-inə qarşı keçirəcək. /report

Müəllif: