Ucnoqta.az
www.ucnoqta.az

Hökumət Evində təmir işləri aparılacaq

18:41 - 2 Oktyabr 2019 tarixində dərc olunub.

Hökumət Evinin 2-ci və 9-cu mərtəbələrində təmir işləri aparılacaq.

Əmlak Məsələləri Dövlət Komitəsi bu məqsədlə açıq tender keçirəcək “Kontinent İnşaat” MMC-ni qalib elan edib. Qalib şirkətə 824 822 manat ödəniləcək.

Xatırladaq ki, Hökumət Evi Bakının mərkəzində yerləşir. Onun inşaası 1924-52-ci illərdə həyata keçirilib. Burada ara-sıra, o cümlədən müstəqillik dövründə (təxminən 10 il bundan əvvəl) əsaslı təmir işləri aparılıb. /report

Müəllif: