Keşlə qəsəbəsi, "Çerment körpüsü" kimi tanınan ərazidə qatar 32 yaşlı qadını vurub.
1986-cı il təvəllüdlü Rəhimova Tacirə Vidadi qızı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, qadın açıq kəllə-beyin travması ilə agır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə yaralının vəziyyəti kritikdir.