Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>DİQQƏT!</b></font> Bu ərazidə rənglənmə işləri aparılacaq

09:57 - 30 Sentyabr 2019 tarixində dərc olunub.

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Hacıqabul-Ələt istiqamətində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır.

Bu barədə "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinə istinadən məlumat verir.
İşlər bu gün axşam saatlarınadək davam edəcək. Bu müddət ərzində hərəkət hissə-hissə işlər aparılan zolaqlar üzrə qismən məhdudlaşdırılacaq.
Bu üzdən sürücülərdən magistral yolun sözügedən hissəsində hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur./trend

 

Müəllif: