Ucnoqta.az
www.ucnoqta.az

<b>Təyyarə milli parka düşdü:<font color=red> 2 ölü</font></b>

07:33 - 30 Sentyabr 2019 tarixində dərc olunub.

Yeni Zelandiyada yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb.

Ucnoqta.az xəbər verir ki, hadisə adanın şimalında yerləşən Tararua Rendj milli parkında qeydə alınıb. Bu barədə “New Zealand Herald” məlumat yayıb.

Məlumata görə, göyərtəsində 2 nəfərin olduğu təyyarə Fokspayn hava limanından havaya qalxıb.

O radarlardan ötən gün axşam saatlarında itib. Təyyarənin qalıqları və 2 nəfərin meyiti bu gün səhər saatlarında aşkarlanıb.

Qəzanın baş vermə səbəbləri araşdırılır.

 

Namiq Musayev

Müəllif: