Ucnoqta.az
www.ucnoqta.az

Bakıda “KamAZ” avtomobilə çırpılıb <font color=red><b>-Foto</b></font>

21:55 - 29 Sentyabr 2019 tarixində dərc olunub.

Paytaxtın Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Binə qəsəbəsində qeydə alınıb. Belə ki, 10 KU 408 dövlət qeydiyyatı nişanlı “VAZ-2107” markalı avtomaşın hərəkətdə olarkən qəfildən əyləci basıb.

Nəticədə arxadan gələn 90 UF 220 dövlət qeydiyyatı nişanlı “KamAZ” markalı yük maşını sürəti nizamlaya bilmədiyi üçün “VAZ-2107” markalı avtomobilə arxadan çırpılıb.

Qəza nəticəsində xəsarət alan olmasa da “VAZ-2107” markalı avtomobilə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır. /report

Müəllif: